Gec yatan insanlarda diabet inkişaf riski artır.
Medianews.az xəbər verir ki, bu nəticəyə Leyden Universitetinin alimləri gəliblər. Onların işi Diabetologia jurnalı tərəfindən dərc edilib.
Təcrübə iştirakçıları üç qrupa bölünüb. Birinciyə tez oyanıb tez yuxuya gedənlər, ikinciyə gec durub saat 12-dən əvvəl yuxuya getməyə üstünlük verənlər, üçüncüsünə gecələr çətinliklə yatan insanlar daxil edilib. İştirakçılar altı il yarım izlənilib. Bu müddət ərzində onlardan 225-nə 2-ci tip şəkərli diabet diaqnozu qoyulub.
Məlum olub ki, üçüncü qrupdan olan insanların bu xəstəliyə tutulma riski ikinci qrupdakı insanlardan 46 faiz çoxdur. Alimlər bunun metabolik pozğunluqlardan qaynaqlandığını və bunun səbəbini gec yatarkən sirkadiyalı ritmlərin dəyişməsi ilə əlaqələndirirlər.
Lamiyə