İrəvanın Hindistandan silah alması məsələsi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “SputnikARM” məlumat yayıb.
Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy sayta bildirib ki, İrəvan Hindistanın 155 mm kalibrli ATAGS silah dayaqlarının yeni təchizatında maraqlıdır.
Ekspert onu da qeyd edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində “Pinaka” raket buraxılış qurğularının alınmasını nəzərdən keçirir:
“Ümumilikdə, respublikanın müdafiə sənayesini inkişaf etdirmək potensialı var: bu sahədə artıq 3 startap mövcuddur”.
Onu da bildirək ki, sülh müqaviləsinin vaxtını qəsdlə uzadan Ermənistan sürətlə silahlanır. Rəsmi İrəvan öz açıqlamalarında sülhdən yana olduqlarını bildirsələr də, əməllərində bu görünmür.