Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binalardan birində bədbəxt hadisə baş verib.
Medianews.az Qafqazinfo-ya istinad edərək xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik cərəyanı vurub.
Belə ki, R.İbrahimov elektrik işləri görən zaman bədbəxt hadisə yaşanıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.