Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında təxminən 2,6 milyard ABŞ dolları profisit yaranıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkənin ehtiyat aktivlərinin artımı (tədiyyə balansının profisiti) 648 milyon ABŞ dolları təşkil edib.