Türkiyədə bir qurup gənc bələdiyənin bağlı avtobus dayanacağına zərər verib.
Medianews.az haber7.com-a istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Çan bölgəsində baş verib.
Gənclərin dayanacağının divarlarını təpik və yumruqla zədələdiyi o anlar təhlükəsizlik kameralarına əks olunub.
Həmin anlar Çan Bələdiyyəsi tərəfindən sosial şəbəkədə paylaşılıb.
Bələdiyyədən verilən açıqlamada deyilir: “Bələdiyyə mülkiyyətinə zərər vurma cəzası, əmlaka zərər vurma cinayətinin səriştəli hallarını tənzimləyən TCK-nın 152-ci maddəsi çərçivəsində qiymətləndirilir. Buna görə də bələdiyyə əmlakına zərər vuran müttəhimə 1 ildən 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir”.
Nailə QASIMOVA