Sentyabrın 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Medianews.az Publika.az-a istinad edərək xəbər verir ki, 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən Ü.Baxşəlizadə orada ölüb.
Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.