Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
“Report”un məlumatına görə, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə üstələyib.
Aydın Süleymanlı – Əl Hatib-Əhməd – 1:0
Nicat Abasov – Samir Loay – 1:0
Rauf Məmmədov – Malik Saef – 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira – 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı məğlub edib – 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.