Uqandalı idmançı Rebekka Çepteqeyi yandırıb öldürən keçmiş sevgilisi hücum zamanı aldığı yanıqlar nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu barədə euronews.com məlumat yayıb.
Çepteqeyın keçmiş sevgilisi Dikson Ndima Maranqaç hücumdan sonra Qərbi Keniyanın Eldoret şəhərindəki xəstəxanaya yerləşdirilib.
Rebekka Çepteqey sentyabrın 1-də baş verən hücumda bədəninin 75 faizindən çoxu yanıq xəsarəti alıb. O, hücumdan 4 gün sonra dünyasını dəyişib. Həmin yanğında Dikson Ndiman da xəsarət alıb, bədənin 41 faizi yanıb.
Xəstəxananın baş həkimi Filip Kirva bildirib ki, Maranqaç bazar ertəsi dünyasını dəyişib.
Çepteqey də həmin xəstəxanada həyatını itirib.
Məlumata görə, Dikson Ndimanın ölümünə ağır yanıqlar və sepsis nəticəsində tənəffüs çatışmazlığı səbəb olub.
Nailə