“Rusiya bölgələri Rusiya Federasiyasının ərazisidir – Konstitusiyamızı oxuyun və bunlar heç bir danışıqların predmeti deyil”.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti ola bilməz. Rusiya Türkiyənin müxtəlif nümayəndələrindən belə bəyanatlar eşidir: hakimiyyətin ən yüksək eşelonlarından tutmuş ekspert icmasına qədər. Bütün bu illər ərzində biz öz mövqeyimizi rəsmi kanallar, o cümlədən açıq şəkildə Türkiyə tərəfinə çatdırırıq. Bundan xəbərdardırlar”, – diplomat vurğulayıb.
Ayşən