Türkiyənin Konya vilayətində aptekdə 4 uşaq anası Keziban A. əri Ecir A tərəfindən dəfələrlə bıçaqlanıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə saniyə-saniyə təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Hadisə ötən ay – avqustun 28-də baş verib. Əldə edilən məlumata görə, fabrikdə fəhlə işləyən 4 uşaq anası Keziban A. gecə növbəsindən çıxaraq psixiatriya poliklinikasında qəbula yazılan əri Ecir A.-nı xəstəxanaya aparıb.
Həkimin yazdığı dərmanları almaq üçün aptekə daxil olan cütlük orada mübahisə etməyə başlayıb. Mübahisə zamanı Ecir A. yanında olan bıçaqla həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Aptekdəki insanların müdaxiləsindən sonra Ecir A. hadisə yerindən qaçıb.
Təcili yardımla xəstəxanaya aparılan Keziban A.-nın qarın və qol nahiyəsindən bıçaqlandığı bildirilib. Keziban A. orada müalicə aldıqdan sonra evə buraxılıb. Polis tərəfindən saxlanılan Ecir A. məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.
Medianews.az