Türkiyənin Ordu şəhərində baş verən dəhşətli hadisədə nənəsi olduğunu iddia edən qadın 2 yaşlı nəvəsini eyvandan atıb.
Medianews.az xəbər verir ki, hadisəni əks etdirən kamera görüntüləri sosial mediada böyük etiraza səbəb olub.
Qadın uşağı eyvandan atdıqdan sonra sürətlə içəri girib. Kadrlarda qadının əvvəlcə uşağı eyvana çıxardığı, daha sonra isə onu arxadan itələyərək yerə atdığı görünür. Saxlanılan qadın həbs edilib.
Ağlama səslərini eşidən ana Zeynep Çokyaşar uşağının eyvandan yıxıldığını görüb. Vəziyyətdən şübhələnən ana evdəki təhlükəsizlik kamerasını araşdırıb. Bunun üzərinə uşağın yıxılmadığını, anası tərəfindən balkondan atıldığını anlayıb.
Medianews.az