Türkiyənin Kahramanmaraş vilayətində 29 yaşlı Mesut Kazancı fabrik işçisindən su istəyib.
Medianews.az xəbər verir ki, işçi Kazancıya bir stəkan su verib.
Kazancı yenidən su istəyəndə mübahisə düşüb. Dava şiddətlənərkən Kazancı 6 nəfərin dəyənəklə hücumuna məruz qalaraq həyatını itirib.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Kazancı iki günlük həyat mübarizəsindən sonra dünyasını dəyişib.
Hadisədən sonra polis 6 şübhəli şəxsi yaxalayaraq prokurorluğa təqdim edib. Kazancının cənazəsi ekspertizadan sonra torpağa tapşırılıb. Həyatını itirən Məsut Kazancının 2 aylıq körpəsi olduğu öyrənilib.
Medianews.az