Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişi ilə yeni mövsümdə də tamaşaçıların qarşısına çıxıb.
Axşam.az xəbər verir ki, proqram zamanı Zaur açıqlaması ilə diqqət çəkib.
“Xoşlamıram deyim ki, biz birinciyik, nəyinsə ilkinə imza atmışıq. Dünyada birinci deyilən bir şey yoxdur. Kimsə kimdənsə nəsə götürüb. Nə qədər insan burada sağlamlığına, doğmalarına, evinə qovuşub. Sevənlərimiz çoxdur, sevməyənlərimiz də var. Bir insanı hamı sevirsə, deməli orada saxtakarlıq var” deyə, aparıcı bildirib.
Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramının mövsüm finalında həmkarlarını oğurluqda ittiham etmişdi. O, “Özümə qərar verdim ki, bir çox şeyi sadə edim. Hər şeyin əsasını qoyuram, yaradıram. Hesabatın, başlanğıcın əsasını qoydum. Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım. Bir dəfə də mən fikirləşməyim, beynimi çatlatmayım. Utanmadan, üzüm qızarmadan, peşəyə əks olan şeyi edim. Düşündüm ki, bu dəfə bağlanışı belə sadə edim” deyə açıqlamasında bildirib.