Ziraat Türkiyə Kubokunda çıxış edən “Bucak Belediyesi Oğuzhanspor”un loqosu İtaliyanın köklü klublarından biri olan “Yuventus”un loqosu ilə çox oxşardır.
Medianews.az BAKU.WS-a istinad edərək xəbər verir ki, liqanın püşkatma mərasimindən sonra bu oxşarlıq sosial mediada trend mövzusu olub və müzakirələr yaradıb.
Daha sonra Türkiyə klubundan sensasiyalı açıqlama gəlib:
“Yuventus 2004-2017-ci illər arasında oxşar loqodan istifadə edib. “Bucak Belediyesi Oğuzhanspor” isə 1957-ci ildə qurulub. “Yuventus” loqotipimizi oğurlayıb. Deyəcəyimiz bu qədərdir…”.