Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.