Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a bildirilib ki, sentyabrın 1-3-də bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.
Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa, Şərurda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Siyəzən, Şabran, Xaçmaz rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.