İstanbul Sabiha Gökçen hava limanına getmək üçün taksiyə minən stüardessa ilə sürücü arasında gediş haqqı üstündə dava düşüb.
Medianews.az xəbər verir ki, ikilinin mübahisəsi saniyə-saniyə mobil telefon kamerası ilə lentə alınıb.
İddialara görə, stüardessa gediş haqqını ödəməmək üçün müxtəlif bəhanələr irəli sürüb. Stüardessa ilə taksi sürücüsü arasında pulun ödənilməməsi səbəbindən mübahisə yaranıb. İkilinin mübahisəsi taksi sürücüsünün mobil telefonunun kamerası ilə lentə alınıb.
Taksi sürücü bildirib ki, qadın onun pulunu verməməklə yanaşı təhqir edərək vurub.
Medianews.az