İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın Suriyada hava hücumu zamanı yaralanan Əhməd Rza Əfşari İranda dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, o, müalicə üçün İrana aparılıb.
Suriyanı işğal edən koalisiya qüvvələrinin hava hücumundan sonra müalicə üçün İrana təhvil verilən SEPAH Aerokosmik Qüvvələrinin Suriya müşaviri polkovnik Əfşari bu gün hava hücumu zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.
SEPAH rəhbəri bildirib ki, zərbə iyulun 22-dən avqustun 6-dək həyata keçirilib. Onun sözlərinə görə, İranın hərbi müşavirləri yerli hakimiyyət orqanlarının tələbi ilə hazırda Suriyadadır. Orada terrorçu qruplarla mübarizə mövzusunda məsləhətlər verirlər.
Ayşən