Türkiyə mətbuatında çıxan nəşrlərə görə, ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor “Kürdüstan İşçi Partiyası”nı (PKK-KBK) Türkiyəyə hücuma hazırladıqlarını etiraf edib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Makqreqor müsahibəsində müharibənin yaxınlaşdığını bildirib.
İsrailə qarşı sərt ritorikaya baxmayaraq, amerikalı polkovnik hesab edir ki, Ərdoğan nəyin bahasına olursa olsun ölkəsini müharibədən uzaq tutmağa çalışır.
“Suriyada Türkiyəyə hücum etmək üçün bəzi qüvvələr hazırlayırıq. Kimi nəzərdə tuturam? Biz PKK-nı və bəzi digər təşkilatları Türkiyəyə hücum etməyə təşviq edir, silahlandırırıq. Türklər bunu anlayır və narahatdırlar. Biz bunu əvvəllər mütəmadi olaraq etmişik, lakin bu dəfə vəziyyət çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar və bizim onlara qarşı birbaşa addım atacaq vəziyyətdə olmağımızı istəmirlər. Biz İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru gedirik. Amerika artıq onun bir hissəsidir”.
Ayşən