23 yaşlı gənc 29 yaşlı dostunu gülləliyərək öldürüb.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 (Bakı vaxtı ilə 23:00) radələrində Türkiyənin Muğla bölgəsində baş verib.
Furkan Keskin Mutlu Kılıncı sinəsindən ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisə yerinə təcili tibbi yardım və polis çağrılıb. Mutlu Kılınç aparıldığı xəstəxanasında dünyasını dəyişib.
Cinayət silahı olaraq sənədsiz tüfənglə tutulan F.Keskin polisə verdiyi ifadəsində hadisəni belə təsvir edib: “Z.Z mənə Mutlunun ögey anamla münasibəti olduğunu dedi. Bunun üzərinə əsəbləşdim və Mutlunu yanıma çağırdım. Motosikletlə gələn Mutlu, Z.Z və O.G mənə tərəf qaçmağa başladılar. Özümü müdafiə etmək üçün atəş açdım. Mutlunun yaralandığını gördüm, qorxdum və hadisə yerindən qaçdım”.
F.Kəskinin ifadəsindən sonra Z.Z. ilə O.G. da saxlanılıb. Məhkəmənin qərarı ilə hər üç şübhəli həbs edilib.
Nailə QASIMOVA