Kareliyanın Prionejski rayonunun Derevyannoye kəndindən bir qədər aralıda kənd təsərrüfatı sahəsində qəbiristanlıq tapılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, iyulun 31-də rosselxoznadzor əməkdaşları kənd təsərrüfatı sahəsinə yerində baxış keçiriblər.
Sahəsi 11,6 hektar olan sahənin böyük hissəsini alaq otlar, meliorativ kanalları isə kol-kos basıb. Ərazinin şimal-şərq hissəsində qəbiristanlıq aşkar edilib.
Bu torpaq sahəsinin mülkiyyət hüququ hazırda müəyyən edilməyib, yəni onun sahibi yoxdur. Rosselxoznadzor tapılan qəbiristanlıq barədə Oneqa vilayətinin administrasiyasına, eləcə də Kareliyanın Əmlak və Torpaq Münasibətləri Nazirliyinə məlumat verib.
Prionejski rayonunun rəhbəri Vadim Suxarevdən qəbiristanlığın tapıldığı torpağın konkret nə üçün istifadə edildiyi barədə dərhal şərh almaq mümkün olmayıb. Eyni zamanda rəsmilər qeyd ediblər ki, əvvəllər “Mayak” sovxozunun torpaqları Derevyannı yaxınlığında yerləşirdi.
Medianews.az