İranda gənc qadın məmur zorakılığına məruz qalıb.
Medianews.az İran mediasına istinadən xəbər verir ki, hicab taxmayan qadın polis tərəfindən güllənəlib.
Məlumata görə, hadisə Nur şəhərində baş verib.
31 yaşlı Arezoo Bədri şəxsi avtomobilində rəfiqəsi ilə evə gedərkən hicabsız olduqlarına görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Lakin qadınlar qorxu içində yollarına davam ediblər.
Bu zaman polis məmuru silahdan istifadə edərək qadınların olduğu avtomobilə atəş açıb. Güllələrdən biri Bədrinin kürəyinə dəyib. Yaralı qadın ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxananın reanimasiya şöbəsində müalicə alan qadının ağciyərləri və onurğası ciddi zədələnib. Onun vəziyyəti ağır olaraq qalır.
İran polisi xəstəxananı ciddi nəzarətdə saxlayır.
Nailə QASIMOVA