Türkiyədə boşanma mərhələsində olan ərinin barışıq təklifini rədd edən qadın küçənin ortasında bıçaqlanıb.
Medianews.az ntv.com.tr-yə istinadən xəbər verir ki, hadisə Küçükçekmece bölgəsində baş verib.
Qaçmağa çalışan şübhəlini ətrafdakılar saxlayıblar.
Hadisə yerinə tibbi təcili yardım və polis çağırılıb. İlkin tibbi yardım göstərilən 23 yaşlı qadın xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Nailə QASIMOVA