Türkiyədə naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçmək istəyən uşağı vurub.
Medianews.az ensonhaber.com-a istinadən xəbər verir ki, hadisə Maltəpə bölgəsində baş verib.
Adı açıqlanmayan uşaq maşına çırpılıb və zərbədən sonra ayağa qalxıb.
Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Nailə QASIMOVA