Türkiyədə mədən şirkətinə məxsus xidməti avtomobil yolda hərəkətdə olarkən partlayış baş verib.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından açıqlama verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, 8 nəfər yaralanıb.
Açıqlamada deyilir: “Milli Müdafiə Nazirliyimizlə apardığımız ilkin araşdırmalar nəticəsində İraqın şimalından həyata keçirilən hücumun bölgədə fəaliyyət göstərən kömür mədəninə qarşı düşmənçilikdən qaynaqlandığı qiymətləndirilir. Hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb və çoxşaxəli araşdırma davam edir”.
Nailə QASIMOVA