Kənardan verilən göstərişlər nəticəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda müharibəyə səbəb olan “macəra aksiyalarına” əl atdı.
Medianews.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.
“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt budur ki, Saakaşvilinin 2008-ci ilin avqustundaki avantürist hərəkətləri onun psixi balansının pozulmasının nəticəsi deyil, kənardan gələn göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsidir”, – mətndə deyilir.
Hakim partiya vurğulayır ki, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin təşkili həyati əhəmiyyət kəsb edir. Bununla ictimaiyyət “Gürcüstana və gürcü xalqına qarşı xəyanət cinayətini kimin törətdiyini” bilsin.
Ayşən