“Səhər yeməyində qızılbalıq və yumurta narahatlıqla mübarizə aparmağa kömək edir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu əczaçı Kiran Cons deyib.
Onun sözlərinə görə, yumurta və qızılbalıqda sinir sistemini dəstəkləməyə və narahatlığı azaltmağa kömək edən maddələr var.
Cons qeyd edib ki, qızılbalıq beyin sağlamlığını dəstəkləyən və sakitlik, əmin-amanlığı təşviq edən dopamin və serotonin kimi nörotransmitterlərin istehsalını tənzimləyən qida maddələrindən ibarətdir.
O, yumurtaları narahatlıq əlamətlərini azaldan başqa bir neyrotransmitter olan triptofanın qiymətli mənbəyi adlandırıb.
Ekspert hesab edir ki, bu iki məhsuldan hazırlanan səhər yeməyi narahatlıqla mübarizə aparmağa kömək edəcək. Effektini artırmaq üçün o, yeməyə zerdeçal əlavə etməyi məsləhət görüb.
Mütəxəssis həmçinin yaşıl çay və çia toxumlarının yaxşı sakitləşdirici xüsusiyyətlərini qeyd edib.
Medianews.az