Rusiyanın subyekti olan Kareliyada iyunun sonunda yoxa çıxan DJ-in meyiti Kareliya meşəsində tapılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ölü tapılan şəxs DJ Pealot kimi tanınan 50 yaşlı Maksim A-dır.
Kişi iyunun 30-da çıxış etmıli olduğu musiqi festivalından sonra yoxa çıxıb. Hadisə şahidləri də onu iyulun 1-də yaxınlıqda görüblər. Bundan sonra kişi tapılmayıb. Məlumata görə, onun səhhətində problemlər var idi, epilepsiya tutmaları və hallüsinasiyalar ola bilər.
Onun ölüm səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Medianews.az