İş yerində soyuducunun arxasına düşən kişi meyiti 10 ildən sonra tapılıb.
Medianews.az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
ABŞ-nin Ayova ştatında Council Bluffs adlı şəhərdə 3 il əvvəl bağlanan supermarket binasında aparılan işlər zamanı tapılan cəsədin 10 il əvvəl yoxa çıxan işçiyə aid olduğu açıqlanıb.
Məlumata görə, yanvar ayında işçilər artıq fəaliyyət göstərməyən supermarketin rəflərini və soyuducularını təmizləyərkən cəsəd tapdılar. Lakin cəsədin kimliyini, yaşı və cinsini o zaman müəyyən etmək mümkün olmayıb.
Aylarla davam edən araşdırma, meyit üzərində aparılan yarılma və DNT testi nəticəsində cəsədin 10 il əvvəl izsiz yoxa çıxan Larry Ely Murillo-Moncada adlı işçiyə aid olduğu üzə çıxıb.
Nailə QASIMOVA