Türkiyədə insanlar evin altında yerləşən tuneldən istifadə edirlər.
Medianews.az xəbər verir ki, bu haqda ensonhaber.com məlumat yayıb.
Qeyd olunub ki, Qara dənizin maili və çətin coğrafiyasında insanların tikintiyə qarşı tapdıqları qeyri-adi həll yollarına yenisi əlavə edilib.
Sürmənə mahalının Yukarı Çavuşlu məhəlləsində torpaq olmadığı üçün məhəllə yolu üzərində ikimərtəbəli məscid tikilib.
Yerli əhali qonaq evinin altındakı 3 metr hündürlüyündə, 50 santimetr enində tunelə bənzəyən ərazidən maşınlarla keçərək məscidin qarşısındakı kəskin döngədən dönür və kəndlərinə çatırlar.
Nailə QASIMOVA