ABŞ-dən olan fermerlər yumurtadan mutant cücə çıxarıblar.
Medianews.az xəbər verir ki, bu barədə “Inform NNY” yazır.
Ayova ştatında Missisipi Vadisi Sərgisi zamanı dörd ayaqlı nadir cücə doğulub. Belə mutasiyalar on milyonda bir halda baş verir. Əvvəlcə fermer Qari Kaasa cücənin iki cüt ayağı olduğunu başa düşməyib.
“Mənə elə gəldi ki, o, başqa bir toyuğun üstündə uzanır, amma səhv etdim – onun dörd ayağı var idi”, – deyə Kaasa bildirib.
Kaasa və onun baytar qızı hesab edir ki, cücə tamamilə sağlamdır və onun həyatı üçün heç bir risk yoxdur. “Əla olacaq, biz gələn il və ondan sonrakı il onu yenidən gətirməyi planlaşdırırıq ki, hər kəs necə böyüdüyünü və hər şeyin necə baş verdiyini göstərsin”, – deyərək fermer bildirib.
Bunun toyuq və ya xoruz olduğunu söyləmək hələ tezdir. Fermer qeyd edib ki, lələklərin naxışına görə cinsi təqribən üç həftə ərzində müəyyən etmək olar.
Medianews.az