Yunanıstanda yanğın nəticəsində bir nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Yunanıstanın paytaxtı Afinanın şərqindəki Varnava bölgəsində başlayan yanğınla əlaqədar 9 kəndin sakinləri təxliyə olunub.
Daha sonra yanğın yaxınlıqdakı Attikinin müxtəlif hissələrinə keçərək daha üç xəstəxananın boşaldılmasına səbəb olub.
Yunanıstan XİN-dən verilən məlumata görə, dəstək üçün iki yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərilməsi üçün lazımi işlərə başlanılıb.
Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Vrilisiyada bir iş yerində yanğınsöndürmə briqadaları tərəfindən aparılan axtarışlar zamanı yanmış cəsəd tapılıb.
Nailə QASIMOVA