“Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Putinlə Ukrayna haqda tez-tez danışırdım. Ona dedim bunu etmə Vladimir, pis günlər gələcək. Bunu etmə”.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska verdiyi müsahibədə deyib.
Tramp verdiyi müsahibədə bir çox məsələrə toxunub.
O, ABŞ prezidenti Co Baydeni Ukraynaya müdaxilədə günahlandırıb.
Sabiq prezident iddia edib ki, Bayden prezident olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi. Mask Trampın fikrinə etiraz etməyib və bunun əvəzinə onunla razılaşıb və əla bir fikir söylədiyini deyib.
Tramp Rusiya prezidenti Vladimir Putinlə olan münasibətinə də toxunub.
“Ona dedim bunu etmə Vladimir, pis günlər gələcək. Bunu etmə. Onun hərəkətlərinə cavab olaraq nə edəcəyimi söylədim. O, belə cavab verdi: Bu mümkün deyil. Mən dedim ki, bu mümkündür. Bu bizim son söhbətimiz idi. O, heç vaxt bunu etməzdi. Biz yaxşı anlaşırdıq və ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Hər şey daha yaxşı olacaq. Kim Çen Inla da yaxşı yola gedirdim”,- o deyib.
Ayşən