“Onu deyim ki, onlar bunu etdiklərinə görə layiqli cəzalarını alacaqlar. Sözügedən cəza Ukrayna rəhbərliyi üçün müxtəlif nəticələrə səbəb olacaq”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumuna görə cəzalandırılacaq birliklərə artıq müvafiq qiymətlər verilib.
“Ukrayna bizim ərazimizə terror hücumu həyata keçirdi. Qarşılıq olaraq bağlı bütün təlimatları Rusiya Prezidenti Vladimir Putin ötən gün verib. Konkret olaraq bunun üzərində dayanmayacağam”.
Ayşən