Eyni mənbədən su xətti çəkən avtoyuma məntəqəsi işçisi ilə santexniklər arasında mübahisə qəfildən bıçaqlı davaya çevrilib.
Medianews.az ntv.com.tr-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa bölgəsində baş verib.
Məlumata görə, tikinti işçiləri ilə avtoyuma arasında suyun kəsilməsi məsələsinə görə mübahisə düşüb. Mübahisə bir müddət sonra bıçaqlı davaya çevrilib. Küçənin ortasında davada bıçaqlı hücuma məruz qalan 6 nəfər ağır yaralanıb.
Hadisə yerinə polis və təcili yardım çağrılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparıb. Xəstəxanaya aparılan yaralılardan biri orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Nailə QASIMOVA