“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək ” İctimai Birliyinin “Regionlarda Marketinq sahəsi üzrə savadlılığın artırılması” adlı layihəyəsı keçirilib.
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyindən bildirilib ki, layihənin əsas məqsədi – Gəncə və Lənkəran şəhərlərində marketinq sahəsi üzrə maarifləndirmə, peşakarlıq səviyyəsinin inkişaf etdirilməsi, bilik və təcrübənin artırılması yönündə təlimlərin təşkil edilməsi olub.
“Regionlarda Marketinq sahəsi üzrə savadlılığın artırılması” adlı layihə çərçivəsində 50 nəfər iştirakçıya MARLAB MMC- nin direktoru, təlimçi konsultant Əli Bədəlov tərəfindən təlimlər keçirilib.
Layihənin yekununda təlim iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən keçirilən “Regionlarda Marketinq sahəsi üzrə savadlılığın artırılması” adlı layihə donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.