Moskva yaxınlığındakı Podolskda yaşayış binalarından birinin həyətində iki piyadanın – 27 yaşlı qadın və onun iki yaşlı uşağının iştirakı ilə qəza baş verib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisəni törədən “Lada” markalı avtomobil sürücüsü olub.
VAZ-2110 markalı avtomobilin 44 yaşlı sürücüsü dönmədən sonra gözlənilmədən qaza basaraq qızı və uşağı vurub. Xəsarət alan piyadalar rayon mərkəzi rayon xəstəxanasına çatdırılıb. Qıza omba nahiyəsində əzilmə və sıyrıqlar, oğluna isə beyin silkələnməsi və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Mənbə yazır ki, körpə neyrocərrahiyyə şöbəsindədir.
Bildirilir ki, əvvəllər avtomobil sürücüsü vəsiqədən məhrum edilib.
Medianews.az