Cənubi Koreyada koronavirusa (COVID-19) görə xəstəxanaya müraciət edənlərin sayı artıb.
Medianews.az Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) ölkədə COVID-19 hadisələri ilə bağlı rəsmi göstəriciləri yayımlayıb.
Məlumata görə, avqustun ilk həftəsində COVID-19-a görə xəstəxanalara müraciət edənlərin sayı son 4 həftə ilə müqayisədə 6 dəfə artaraq 861 nəfərə çatıb.
Bu göstərici fevral ayından bu yana qeydə alınan ən yüksək səviyyəyə çatıb.
sayının artmasına baxmayaraq, xəstələrin 90 faizindən çoxu bunu yüngül simptomlarla keçiriblər.
Qeyd edək ki, səlahiyyətlilər, 65 yaşdan yuxarı insanlar üçün virusa qarşı peyvənd prosesinin oktyabr ayında davam edəcəyini açıqlayıb.
Nailə QASIMOVA