Xiaomi tərəfindən buraxılan smartfonlarda gizli kameraları tapa biləcək xüsusi qurğu olacaq.
Medianews.az xəbər verir ki, bu barədə “Notebook Check” məlumat yayıb.
Məlumata görə, gizli kamera aşkarlama funksiyası simsiz şəbəkə siqnalının aşkarlanması mexanizmindən istifadə etməklə işləyir.
Yeni funksiyanı işə salmaq üçün “StarScan” düyməsini sıxmaq və axtarışın bitməsini gözləmək lazımdır. Axtarış bitdikdən sonra smartfon kameraların olması barədə məlumat verir.
Qeyd edək ki, smartfon mümkün gizli kameraları aşkar etmək üçün yaxınlıqdakı Wi-Fi şəbəkəsini skan edir.
Ayşən