Rusiyanın Sankt-Peterburq şəhərində 23 yaşlı Kseniya Vodyanitskaya və əri Kirill toylarından qayıtdıqdan qısa müddət sonra faciəvi hadisə yaşayıblar.
Medianews.az xəbər verir ki, Kseniya cütlüyün yaşadığı çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Onun əri Kirill polis tərəfindən dindirilib və arvadının ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirib. Hazırda insident bədbəxt hadisə kimi qiymətləndirilsə də, istintaq davam edir.
Qeyd edək ki, Kseniya Sankt-Peterburq Dövlət Baytarlıq Universitetindən yenicə məzun olmuşdu. O, ölümündən bir müddət əvvəl toy fotolarını paylaşmışdı. Cütlüyün dostları və qohumları münasibətlərində ciddi problem olmadığını və Kirillin Kseniyanı səmimiyyətlə sevdiyini bildiriblər.
Medianews.az