Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Yelisey Sarayı açıqlama verib.
Verilən açıqlamada Makronun Fransanın bölgədə hər hansı hərbi gərginliyin artmasına yol verməməkdə qərarlı olduğunu ifadə etdiyi bildirilib.
Açıqlamada Makronun Netanyahunu bölgənin və xalqının sabitliyini riskə atacaq bir qisas silsiləsi məntiqindən qaçmağa çağırdığı bildirilib.
Qeyd olunub ki, İsrail və Livan sərhədində artan gərginlik şəraitində, bölgədə münaqişənin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1071 saylı qətnaməsinə uyğun olaraq Mavi Xətdə (İsrail və Livan arasındakı sərhəd xətti) hər cür səy göstərilməlidir.
İsrail və Livan arasında müharibənin bütün region üçün dağıdıcı nəticələri olacağı vurğulanıb.
Açıqlamada Makronun Netanyahuya Fransanın əsas prioritetinin Qəzzada ən qısa zamanda atəşkəsin təmin edilməsi, məhbusların azad edilməsi, qəzzalıların humanitar yardımlara genişmiqyaslı və maneəsiz çıxışının təmin edilməsi olduğunu dediyi qeyd edilib.
Həmçinin açıqlamada Makronun bölgədə iki dövlətli həll üçün ölkəsinin tərəfdaşları ilə siyasi konsensus axtarmağa davam edəcəyini, Netanyahu və Makronun bölgədə artan gərginliyə görə yaxın ünsiyyətdə olmağa qərar verdiyi ifadə edilib.
Nailə QASIMOVA