İsrailin hərəkətlərinə etiraz edənlər ABŞ-ın Demokratlar Partiyasının namizədi Kamala Harrisi Detroitdə keçirilən kampaniya mitinqində susdurub.
Publika.az xəbər verir ki, onun çıxışının video görüntüləri C-SPAN tərəfindən yayımlanıb .
Videoda nümayişçilərin İsrail əleyhinə şüarlar səsləndirdiyi görünür. “Əgər Donald Trampın qalib gəlməsini istəyirsinizsə, deyin. Əks halda, mən danışmağa davam edəcəm”, – ABŞ-ın vitse-prezidenti onlara müraciət edib.
Siyasətçinin çağırışına cavab olaraq daha çox səs-küy yaranıb. Bu səbəbdən üzündə narazı ifadə ilə Harris etirazçıların özlərinə gəlməsini gözləmək məcburiyyətində qalıb.