Xərçəng dünyada ən çox yayılmış xəstəliyə çevrilib. İngilis həkimlər araşdırma aparıblar və həmin araşdırmanın nəticəsi olaraq bildiriblər ki, bəzi peşə sahiblərinin xəscəngə yoluxma riskləri daha yüksəkdir.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı məlumatı ntv.com.tr yayıb.
Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) yaxın iyirmi ildə Avropada yeni xərçəng hadisələrinin sayının 22,5 faiz artacağını təxmin etdiklərini açıqlayıb.
Yeni bir araşdırma xərçənglə bağlı şok məlumatlar ortaya qoyub. Geniş yayılmış bu peşələrlə məşğul olan insanların xüsusilə də sidik kisəsi xərçənginə tutulma riskinin daha yüksək olduğu bildirilib. Həmin peşələr bunlardır: bərbərlik, santexnik, rəngkar və fabrik işçisi.
Sidik kisəsi xərçənginin əlamtləri
Sidik kisəsi xərçəngi üçün skrininq testləri vacibdir. Ancaq bu simptomlara da diqqət yetirə bilərsiniz. Əgər hər hansı bir əlamətlə qarşılaşırsınızsa, mütləq bir mütəxəssislə məsləhətləşməlisiniz: yorğunluq hissi, tez-tez sidik ifrazı, həddindən artıq arıqlamaq, şiddətli baş ağrıları.
Xroniki hala gələn sidik yollarının infeksiyaları: çanaq ağrısı, yüksək hərarət, qırmızı və ya qəhvəyi sidik.
Nailə QASIMOVA