Suriyanın şimalında, Kilis sərhədində yerləşən Azez rayonunda avtomobilə yerləşdirilən bomba partladılıb.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hücumu terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi düşünülür. Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar Azez xəstəxanasına aparılıb.
Medianews.az