Türkiyənin Qaziantep vilayətində ailəsi ilə gəzintiyə çıxan Hamit Çelik qızının sərinləmək üçün gölə girərkən boğulduğunu görüncə suya atılıb.
Medianews.az xəbər verir ki, qısa müddətdən sonra qızı ilə birlikdə yoxa çıxan ata və qızının cəsədləri tapılıb.
Hadisə dünən axşam saatlarında baş verib. Ekspertizadan sonra meyitlər yaxınlarına təhvil verilib. Hamit Çelik və qızı Gönül Çelik Şatırhöyük rayonunda qılınan cənazə namazından sonra yan-yana dəfn edilib.
Medianews.az