Ukrayna Silahlı Qüvvələrinin davam edən hücumları səbəbindən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq edilib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov özünün “Telegram” kanalında məlumat verib.
O əlavə edib ki, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.