Fransanın Makon şəhərində 8 nəfər beysbol dəyənəyi ilə 2 nəfərə hücum edib.
Medianews.az xəbər verir ki, bu haqda hürriyet.com məlumat yayıb.
Məlumata görə, iki qrup gənc səhər saatlarında gecə klubundan ayrıldıqdan sonra parkda görüşməyə qərar verib. Onların danışıqları daha sonra şiddətli mübahisəyə çevrilib.
Gənclərdən biri avtomobilinin yük yerindəki beysbol sopasını götürərək özü də daxil olmaqla 8 nəfərlə birgə 2 gəncə hücum edib.
Nəticədə 19 yaşlı Numan Toprakoğlu dünyasını dəyişib, digər türk gənc isə ağır yaralanıb.
Hücumu etməkdə şübhəli bilinən 5 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Digərləri isə axtarışdadır.
İlkin ehtimala görə, insident gənc qız üstündə baş verib.
Makon şəhərində gəncin ölümü ilə bağlı ailəsinin və min nəfərin iştirak etdiyi anım yürüşü təşkil edilib.
Nailə QASIMOVA