Qərb ölkələrinin liderləri Ukraynadakı münaqişənin dinc danışıqlar yolu ilə dayandırılması zərurətinə daha çox meyl ediblər.
Medianews.az bu barədə “Die Welt” məlumat yayıb.
Nəşrin yazdığına görə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında ümidsiz mövqe tutması olub.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski danışıqların qaçılmazlığını tanımalıdır.
Nəşrin yazdığına görə, Kiyevin ABŞ və Avropadakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqlarından məyus olublar, bunda israr edəcəklər.
“Artıq [Qərbli] diplomatlar arasında Kiyevdən ciddi güzəştlər tələb edəcək spesifik formula yayılır. Onun başqa seçimi yoxdur ”, – məqalədə deyilir.
Materialın müəllifləri həmçinin Ukraynanı seçkilərin nəticələrinə görə formalaşacaq yeni ABŞ prezident administrasiyasının böyük ehtimalla Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımı azaldacağı faktını qəbul etməyə çağırıblar. Nəşr qeyd edir ki, bu, yarışda kimin qalib olmasından asılı olmayaraq baş verəcək.
Ayşən