Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib.
Medianews.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Coynal Abedin bildirib.
84 yaşlı Yunusun təyin edilməsi barədə qərar dövlət başçısı Şahabuddin Çupunun “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının rəhbərləri ilə görüşündən sonra qəbul edilib. Sözçü əlavə edib ki, müvəqqəti hökumətin yekun tərkibi müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra müəyyənləşəcək.
Ayşən