Türkiyənin Osmaniye bölgəsində qarğıdalı tarlasında gəzən vətəndaş yeni doğulmuş körpə tapıb.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O, doğulmuş qız uşağını tapdıqdan sonra aidiyyatı qurumlara və təcili tibbi yardıma müraciət edib. Göbək bağının hələ də üstündə olan yenidoğulmuş xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilir.
Onu atan şəxs və ya şəxslərin müyyən edilməsi istiqamətində araşdırma başlayıb.
Nailə QASIMOVA